30 C
Bakı
31 İyul 2025 11:31
Gündəm

İranda Prezident Rəisinin İslam inqilabına həsr olunmuş çıxışı hakerlər tərəfindən kəsilib – VİDEO

 

İranda İslam inqilabının ildönümünə həsr olunmuş nümayişdə Prezident Rəisinin çıxışı zamanı dövlət televiziyasının yayımı hakerlər tərəfindən kəsilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Hakerlər yayıma müdaxilə edərək efirə təxminən bir dəqiqəlik videoçarx buraxıblar.

Videoda maskalı şəxs İran xalqına korrupsioner molla rejiminin banklarına qoyduğu vəsaitlərini çıxarmağa çağırış edib.

O, habelə “Ölüm olsun İslam Respublikası rejiminə”, “Ölüm olsun Xameneiyə” kimi şüarlar səsləndirib.

Bəzi İran KİV-də yayıma edilən kiberhücumun yalnız internet efirində baş verdiyi bildirilir.

 

Oxşar xəbərlər

“Azərbaycanda insanların xeyli hissəsi məsuliyyəti anlamadan bu ibadətləri edir” – Deputat

redaktor

Psixoloq gecə saatlarında Hacı Şahinin məzarı başında toplaşanlardan danışdı: “Bu, heç də hörmət nümayişi deyil”

redaktor

“Haber Global”ın sahibinin bahalı saat kolleksiyası – Anar Əlizadənin yarımmilyonluq hədiyyəsi

admin