Dünya

Türkiyədə zəlzələdə uçan binalardakı çatışmazlıqlara görə 8 nəfər həbs edilib

 

Türkiyədə zəlzələ nəticəsində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı səkkiz nəfər barəsində qanuni tədbir görülüb.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində doqquz saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.

Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor