Hadisə

Türkiyədə dağıntılar altında qalan sakin: “Bunu çəkdim ki, ölsəm, mübarizəm görünsün” – FOTO/VİDEO

 

“Bu videonu çəkdim ki, ölsəm, mübarizəm görünsün”.

Tacxeber.com xəbər verir ki, kadrları çökmüş binanın dağıntıları altında qalan Adnan Fırat çəkib və özünün “Twitter” hesabında paylaşıb.

Onun sözlərinə görə, evdən çıxarkən bina uçub.

“Son pillələr qalmışdı. Bəlkə də tam düşə bilməməyim yaxşı oldu. Ora tamam daşların altındadır”, – deyə zərərçəkən bildirib.

Xoşbəxtlikdən haradansa onun yanına mişar düşübmüş. Adana sakini onun köməyi ilə ayağının üstünə düşən dəmirləri kəsə bilib.

Artıq A.Fırat xilas edilib. O, bununla bağlı paylaşdığı növbəti tvitində xəstəxanadan görüntüsünü yayımlayaraq, artıq hər şeyin yolunda olduğunu deyib.(oxu.az)

Tacxeber.com

 

Oxşar xəbərlər

“Minimum əməkhaqqı ilə vətəndaşın xoşbəxt olması mümkün deyil”

admin

Ərdoğan Pezişkianla danışdı və razılıq verdi

admin

Tayvan Çinin chatbotundan istifadə etməyəcək

admin