12 C
Bakı
29 Mart 2026 00:06
Hadisə

“Şlyapa Zahid” ev dustaqlığına buraxılmasını istəyir

 

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan sabiq gizir Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin araşdırdığı iş üzrə keçirilən hazırlıq iclasında ilkin dinləmələr keçirilib.

Zahid Niftəliyevin vəkili Orxan Kəngərli ilk olaraq prosesin audioyazı ilə aparılmasını istəyib.

Digər vəsatətlər isə Zahid Niftəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması və ikinci qrup Qarabağ müharibəsi əlili olması barədə sənədlərin iş materiallarına əlavə edilməsi ilə bağlı olub.

Vəkil Zahid Niftəliyevin verilmiş ittihamları qəbul etmədiyini də məhkəmənin diqqətinə çatdırıb.

Vəsatətlərlə bağlı qərar növbəti prosesdə elan olunacaq.

İşə yeni müdafiəçi qoşulduğu üçün hazırlıq iclası bir həftə sonraya təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Hərbi Məhkəmənin qərarı ilə Zahid Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

İrandakı prezident seçkisində lider kimi II tura keçən Məsud Pezeşkiyan kimdir? -DOSYE

admin

Rusiyanın 1.6 milyon izləyicisi olan “Baza” teleqram kanalının əməkdaşları belə həbs ediliblər

admin

Türkiyədə GÜCLÜ PARTLAYIŞ: yaralananların sayı artdı – FOTO/YENİLƏNDİ

redaktor