22 C
Bakı
09 İyun 2026 10:50
Dünya

Ukraynada mərhum DİN rəhbərini o əvəz edəcək

 

Ukrayna hökuməti Milli Polisin rəhbəri İqor Klimenkonu ölkənin daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.

Tacxeber.com xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal məlumat verib.

“Hökumət İqor Klimenkonu daxili işlər nazirinin müavini – Ukrayna Milli Polisinin rəhbəri təyin edib və ona daxili işlər nazirinin vəzifələrini həvalə edib”, – Şmıqal “Telegram” kanalında yazıb.

O əlavə edib ki, parlamentlə müzakirələrdən sonra Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin yeni rəhbərinin təyin edilməsi ilə bağlı vəsatət təqdim edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

İtaliyanın az tanınan bölgəsində orta əsr “ruhlar şəhəri”: Niyə insanları cəzb edir? – FOTO

redaktor

Qorbaçovun arvadı ilə bağlı gizlinlər: sən demə, nazirlər Raisaya məktub yazırlarmış…

redaktor

Mini ətəkli qadını polis şöbəsinə buraxmadılar

redaktor