19 C
Bakı
20 Oktyabr 2026 03:06
Sağlamlıq

Dilini qırıq dişinə sürtdü və xərçəng əmələ gəldi – Diqqətli olun !

Qırıq dişi dilini sürtdü, xərçəng əmələ gəldi - Diqqətli olun!

İstanbulda Hüseyn Güvenaltun çürük dişi başına bəla olub.

“Medicina” xəbər verir ki, dişi ağrıdığı üçün həkimə gedən xəstənin dişi dərmanla müalicə olunub. Həkim ona bir müddət sonra gəlib o dişi plomblamağı məsləhət görüb.

Ağrısı keçdiyi üçün rahatlaşan xəstə daha stomatoloqa getməyib, ucu sivri qırış diş aylarla onun dilini sürtüb.

Nəticədə yara xərçəngə çevrilib, qısa müddətdə yayılıb.

Danışmaqda çətinlik çəkən, yemək yeyə bilməyən Hüseyn əməliyyat olunub, dilinin yarısı kəsilib, limfaları götürülüb.

Qeyd edək ki, ötən ay da Azərbaycanda xərçəngdən ölən gənc müğənni məhz diş qırığının dilini yara etməsi nəricəsində xərçəng olmuşdu.

Dişlərində qırıq, kariyes, eləcə də ucu sivri çıxıntı, kobud plomb olanlar ehtiyatlı olsun, dişlərin ucunu hamarladıb, müalicə etdirsinlər.

Tacxeber.com

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor