11 C
Bakı
27 Mart 2026 19:02
Dünya

Azərbaycanlı gəncin BMT-də vəzifəsi artırıldı

Azərbaycanlı gəncin BMT-də vəzifəsi artırıldı

 

BMT-nin Macarıstanın paytaxtı Budapeştdəki Terrorla Mübarizə Agentliyində proqram meneceri vəzifəsində çalışan Vüqar Allahverdiyevin vəzifəsi artırılıb.

Tacxeber.com-ın əldə etdiyi məlumata görə, o, təşkilatın Filippinin paytaxtı Maniladakı Cənub-Şərqi Asiya üzrə regional nümayəndəliyinin rəhbəri təyin edilib.

V.Allahverdiyev əmək fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayıb, 2014-cü ildə təşkilatın ABŞ-ın paytaxtı Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri çalışıb, 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alaraq terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edib.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni Azərbaycan əleyhinə film çəkib festivallarda qalib olur – Mədəniyyət Nazirliyi “FİKİR VERMƏYİN” deyir

admin

İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb

redaktor

Ukrayna ordusu Soçi aeroportunun yanacaq anbarını vurdu – Ukrayna Baş Qərargahı

redaktor