23.2 C
Bakı
15 İyun 2026 12:19
Cəmiyyət

Britaniya səfiri: “Dərviş Parisi partladır”a baxdım, ümid edirəm… – FOTO

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auldun paylaşımı trend olub.

Tacxeber.com xəbər verir ki, səfir tviter səhifəsində Azərbaycan dili dərslərinə yenidən başladığını açıqlayıb. Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb.

“Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq “Dərviş Parisi partladır”a baxdım. Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi “Gün keçdi” filmidir. Bəs sizin?”, – səfir qeyd edib.

 

 

Oxşar xəbərlər

Türk Hava Yollarından məsuliyyətsiz davranış!

redaktor

Tibb Universitetində “mini yubka” qalmaqalı – Müəllim cəzalandırılıb?

redaktor

Bu zəfər oyunçulara stimul verəcək – Qurban Qurbanov

redaktor