23 C
Bakı
27 Sentyabr 2026 19:44
Dünya

Kanadada xaricilərə ev almaq qadağan edildi

Kanadada xaricilərə ev almaq qadağan edildi

 

Kanadada xaricilərə ev almaq haqqında qadağa qüvvəyə minib.

Tacxeber.com BBC-yə istinadən xəbər verir ki,yanvarın 1-dən Kanadanın daimi sakinlərinə və vətəndaşlığı olmayan insanlara ölkədə ev almaq qadağan edilir. Qanunu pozanlar isə 10000 kanada dolları məbləğində cərimə ediləcək.

Qanun bəzi xarici vətəndaşlar üçün  iki il müddətinə qüvvəyə minib.  Qadağa ölkədə daşınmaz əmlak bazarında vəziyyətin yaxşılaşdırılması üçün tətbiq edilib. Yayda olan vəziyyətə görə, Kanadada ev üçün orta qiymət 777,200 kanada dolları təşkil edirdi ki, bu da ailənin orta gəlirini 11 dəfədən çox üstələyirdi.

Bəziləri bu qadağaya tənqidi yanaşır.

Ontario və Britaniya Kolumbiyasında Kanada vətəndaşı olmayan ev sahiblərinin sayı 6 faizdən az təşkil edir. Mili statistikaya əsasən, ən yüksək ev qiymətləri də elə bu ərazilərdə qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Tarix şahiddir: Azərbaycan hər zaman Türkiyənin yanında olub

redaktor

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor