İdman

“Real” və PSJ-nin sabiq ulduzu Azərbaycan klubuna gəlir

 

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodriges karyerasını Azərbaycanda davam etdirə bilər.

Tacxeber.com-ın məlumatına görə, vinger “Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodriges “Real Madrid”in yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Eminin qolu ingilis şərhçini dəli etdi: Mən doğru görürəm?! – VİDEO

redaktor

“Rəqiblərimiz ciddi qəbul edilməli komandalardır” – Xabi Alonso

admin

Pike indi də komanda yoldaşının bacısı ilə eşq yaşayır – FOTO

admin