26 C
Bakı
14 Avqust 2026 02:13
Cəmiyyət

Ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə rüsumlar dəyişib

Ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə rüsumlar dəyişib

 

Bu gündən ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar alınacaq.

Tacxeber.com-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə bu gündən Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. 10 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 600 manat;

2 ilədək – 1 800 manat;

2. 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 400 manat;

2 ilədək – 1 600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 200 manat;

2 ilədək – 1 400 manat məbləğində dövlət rüsumu alınacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin