Dünya

Hava limanında şübhəli çanta: 4 insan kəlləsi AŞKARLANDI

Meksika hava limanının əməkdaşları bağlamada insan kəllələri tapıblar.

Bu barədə ölkənin Milli Qvardiyası öz tviter hesabında məlumat yayıb.

Bildirilib ki, hadisə Queretaro şəhərinin hava limanında baş verib. Hava limanının əməkdaşları kuryer şirkəti tərəfindən göndərilən bağlamalara baxış keçirərkən orada kəllə sümükləri aşkarlayıblar. İnsan qalıqları plastik və folqa ilə bükülü olub.

Sümüklər hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır. (konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor