Sağlamlıq

Ürəyin tez-tez döyünməsinin səbəbi

Nəbz sayı normal və sağlam bir insan üçün dəqiqədə 60-100 arasında dəyişir.

Sağlam ürəyin hər nəbzi arasında fasilə və vurğu eyni, bərabər olmalıdır. Nəbzin gah aşağı, gah yuxarı intervalda olması ürək, qan-damar və yaxud endokrin vəzilərin işinin pozulmasından xəbər verir.

Sürətli ürək döyüntüsü bədən müqavimətinin aşağı olmasından, beyin və digər orqanlara oksigenin yaxşı paylanmamasından xəbər verir.

Tez-tez döyünən ürəyin səbəbləri:

– Pis qidalanma (hədsiz kofein və nikotin qəbulu);

– Psixoloji səbəblər;

– Oturaq həyat tərzi;

– Qanazlığı;

– Ağciyər problemi;

– Qalxanabənzər vəz xəstəlikləri (zob);

– Hipoqlikemiya (qan şəkərinin aşağı olması);

– Hamiləlikdə hormonal dəyişikliklər;

– Klimaks və ya menstruasiya;

– Yüksək temperatur;

– Bəzi infeksiyalar.

Tacxeber.com

Oxşar xəbərlər

Həkim dənizdə üzməyin nə üçün şirin suda üzməkdən daha sağlam olduğunu açıqlayıb

redaktor

Hər gün kivi yemək xərçəng riskini azaldır

redaktor

“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb”

admin