Dünya

Ərdoğan: “Ronaldo Səudiyyə Ərəbistanında oynayacaq”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu, hazırda azad agent statusu daşıyan Kriştiano Ronaldonun gələcəyi barədə danışıb.

Tacxeber.com goal.com-a istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcəyini bildirib.

“Mənə çatan məlumata görə, Ronaldo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək”.

Qeyd edək ki, son günlər Ronaldonun “Əl-Nəsr”lə razılaşdığı barədə xəbərlər yayılıb. Tərəflərin 2030-cu ildədək müqavilə üçün anlaşdığı yazılır. Ronaldonun 2,5 il futbolçu kimi çıxış edəcəyi, bundan sonra klubun  səfiri olacağı bildirilirdi. Forvardın son klubu “Mançester Yunayted” olub. O, ötən ay İngiltərə təmsilçisindən ayrılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Laçında 193 pillədən ibarət pilləkən – Video

redaktor

“Putin Ukraynada davam edən müharibə səbəbindən çətin vəziyyətə düşüb” – “Newsweek”

admin

ABŞ Konqresi Əli Kərimliyə görə İlham Əliyevə qarşı sanksiyalara hazırlaşır

redaktor