Dünya

Rusiya Ukrayna bataqlığında: Ölən hərbçilərin sayı 100 min nəfəri keçdi

 

Rusiya artıq Ukraynada 100 min nəfərdən çox hərbçi itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan məlumatında deyilir.

“Bu gün, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada artıq 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib”, – hesabatda deyilir.

Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.

Həmçinin, ukraynalı müdafiəçilər düşmənin Forpost tipli PUA-sını və daha iki Lancet-3 tipli təyyarəsini vurub.

“Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar”, – Baş Qərargah əlavə edib. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

“Bitcoin” son 5 ayın zirvəsində

admin

Nə qədər maaş aldığını bilmir – Pulunu görün kim idarə edir

redaktor

54 ilin rekord soyuğu qeydə alındı

redaktor