Dünya

Rusiya Ukrayna bataqlığında: Ölən hərbçilərin sayı 100 min nəfəri keçdi

 

Rusiya artıq Ukraynada 100 min nəfərdən çox hərbçi itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan məlumatında deyilir.

“Bu gün, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada artıq 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib”, – hesabatda deyilir.

Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.

Həmçinin, ukraynalı müdafiəçilər düşmənin Forpost tipli PUA-sını və daha iki Lancet-3 tipli təyyarəsini vurub.

“Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar”, – Baş Qərargah əlavə edib. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Vaşinqtonda İranla bağlı qərar bu gün verilə bilər, nə baş verir?

redaktor

Paşinyan muzey direktorunu Vensə qalmaqallı hədiyyə etdiyinə görə işdən çıxardığını etiraf etdi.

redaktor

Rusların atdığı PUA Ukraynada vilayət administrasiyası binasına ÇIRPILDI

redaktor