17 C
Bakı
28 Sentyabr 2025 03:14
Sağlamlıq

Yağlı qidalar qaraciyərin piylənməsinə və beyində oksigen çatışmazlığına səbəb olur

Yağlı qidalar qaraciyərin piylənməsinə və beyində oksigen çatışmazlığına səbəb olur

 

London Kral Kolleci və Lozanna Universitetinin alimləri alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) ilə beyin funksiyasının pozulması arasında əlaqə tapıblar.

Alimlər siçanları iki fərqli pəhrizlə qidalandırıblar. Siçanların yarısına ümumi kalorinin 10%-dən çox olmayan yağ, digər yarısı isə 55% yağ tərkibli qidalar verilib.

16 həftədən sonra tədqiqatçılar bir sıra koqnitiv testlər keçirib və heyvanların qaraciyər funksiyasını qiymətləndiriblər.

Onlar müəyyən ediblər ki, daha yüksək səviyyədə yağ istehlak edən bütün siçanlarda piylənmə əlamətləri inkişaf edib və insulin müqavimətilə beyin disfunksiyası yaranıb.

Alimlər müəyyən ediblər ki, qaraciyərdə yağın yığılması beynin oksigenlə təchizatının azalmasına və beyin toxumasının iltihabına səbəb olur.

Tacxeber.com

Oxşar xəbərlər

Bütün şokoladların tərkibində tarakan var – Həkim

redaktor

Arıqlamaq üçün gündə yumurta yemək lazımdır – Həkim

admin

Son günlər əhali arasında hansı virus yayılıb? – Açıqlama

redaktor