30 C
Bakı
10 Avqust 2025 19:21
Dünya

ABŞ-da “TikTok”u qadağan edən qanun Konqresə təqdim edilib

ABŞ-da “TikTok”u qadağan edən qanun Konqresə təqdim edilib

 

Amerikalı qanunvericilər Konqresin hər iki palatasına ölkədə “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən, habelə Rusiya, Çin və bir sıra digər ölkələrin nəzarətində olan media şirkətlərinə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Tacxeber.com xəbər verir ki, sənəd ABŞ senatoru Marko Rubionun saytında dərc olunub.

Bu təşəbbüs Rubio, həmçinin ABŞ Nümayəndələr Palatasının üzvləri Mayk Qallaqer və Raca Krişnamurti tərəfindən hazırlanıb.

Onların fikrincə, qanun layihəsi amerikalıları sosial şəbəkələr sahəsində mövcud və ya gələcəkdə mümkün şirkətlərdən istifadə ilə bağlı bir sıra düşmən dövlətlərin təhlükəsindən qorumalıdır.

Qeyd olunub ki, digər ölkələr sosial media vasitəsilə amerikalıları nəzarətdə saxlamaq və ya izləmək, onlar haqqında həssas məlumat toplamaq, təsir kampaniyaları aparmaq, təbliğat yaymaq, senzura tətbiq etmək üçün istifadə edə bilərlər.

Qanunvericilər ABŞ-da “TikTok” sosial şəbəkəsindən istifadənin qadağan olunmasını təkid edirlər. Onların fikrincə Çin Kommunist Partiyası “TikTok”dan öz maraqları üçün istifadə edə bilər.

M. Rubionun sözlərinə görə, “TikTok” hər gün on milyonlarla amerikalı uşaq və böyüklər haqqında məlumat toplayır. Qadağanın “TikTok”un sahibi olan “ByteDance” ilə bağlı tətbiq edilməsi təklif edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın mühafizə qrupu qəzaya düşdü: ölü və yaralılar var

admin

Ərdoğan: “Mardin hava limanına Əziz Səncər adı veriləcək” – VİDEO

redaktor

“Qalatasaray”lı Mauro İkardi niyə saxlanılıb?

admin