23.2 C
Bakı
15 İyun 2026 13:13
Cəmiyyət

17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir – VİDEO Yenilənib

Gədəbəy rayonunda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verildiyi iddia olunub.

Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, 17 yaşı qız 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.

Tacxeber.comxəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, E.Şəkərbəyli dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir. Hazırda nişanlandığı 17 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 17 yaşlı qız evlənməyə qərar verib.

E.Şəkərbəyli iş adamıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, yeniyetmənin nikaha daxil olması barədə Gədəbəy Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:

“Yayılan görüntülərdə qızın 17 yaşı olduğu qeyd edilib. Bütün bunlara baxmayaraq, araşdırma aparılır”.

Tacxeber.com

Oxşar xəbərlər

Yaqub Eyyubov külli miqdarda vəsaitin dondurulmasından danışdı: “Nə bir milyard?”

redaktor

Moskvada azərbaycanlı “qanuni oğru” SAXLANILDI – Deportasiya ediləcək

redaktor

General güləşçiyə 100 minlik maşın nömrəsi hədiyyə etdi

redaktor