28 C
Bakı
12 Avqust 2025 18:27
CəmiyyətGündəm

Eskalatora kimyəvi maddə sürtən şəxs saxlanıldı

Eskalatora kimyəvi maddə sürtən şəxs saxlanıldı

 

“Bakı Metropoliteni” QSC-də müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə, bu prosesi videogörüntüyə almağa cəhd edilib.

Tacxeber.com quruma istinadən xəbər verir ki, həmin şəxslər poliş əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Onlar atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

“Qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq. Eyni zamanda “Bakı Metropoliteni” sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edir”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Aleksandr Duqin kimdir: Azərbaycanın dostu, yoxsa…? – Müsahibə

admin

“Mərc oyunlarından hər kəs uzaq dursun” – Hüquqşünas

redaktor

Azərbaycandan kömək istəyən mülki erməni Rusiya sülhməramlılarına təhvil verilib

redaktor