21 C
Bakı
02 Oktyabr 2026 13:45
GündəmHadisə

Güneyli yeniyetmə həbsdən buraxıldı, intihar etdi

G Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan 16 yaşlı yeniyetmə Arşiya İmamquluzadə həbsdən buraxıldıqdan sonra intihar edib.

 Tacxeber.com xəbər verir ki, yeniyetmənin ailəsinin məsələni ictimailəşdirməməsi üçün təhlükəsizlik məmurları tərəfindən təhdid edildiyi bildirilir.

İnsan haqları təşkilatlarının açıqlamasına görə, Arşiya İmamquluzadəyə həbsxanada təzyiq göstərildiyi üçün o, sarsıntı keçirərək intihara əl atıb.

Qeyd edək ki, mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilən azərbaycanlı yeniyetmə 10 gün həbsxanada saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, yerli sakini yaralamaqda şübhəli bilinir

admin

Möcüzə sayılacaq təyyarə xilası…

redaktor

Azərbaycanda itkin düşdüyü bildirilən hərbçi Ermənistanda saxlanıldı

redaktor