27 C
Bakı
16 Avqust 2026 12:16
İdman

Ronaldu Messinin rekordunu təkrarladı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatlarında iştirak baxımından Argentina yığması və Fransa PSJ-sinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Tacxeber.com xəbər verir ki, 37 yaşlı forvard buna sayca 5-ci mundialında meydana çıxmaqla nail olub. Qətərdəki dünya çempionatında Qanaya qarşı H qrupunun ilk tur oyununda iştirak edən təcrübəli forvard Messi ilə yanaşı, Meksika yığmasının sabiq üzvləri Antonio Karbahal və Rafael Markes, həmçinin, Almaniya millisinin keçmiş hücumçusu Lotar Matteusa da çatıb.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il mundiallarına qatılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Qarabağ”ımız oynayır

admin

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin

“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

admin