26 C
Bakı
13 Avqust 2025 01:02
Sağlamlıq

Marketlərdə satılan saxta “kərə yağları” – Belə aldadırlar

Bu gün müxtəlif kimyəvi maddələr vasitəsilə hazırlanmış süni yağların “kərə yağı” adı ilə marketlərdə satıldığını tez-tez müşahidə edirik.

Maraqlıdır, görəsən, təbii kərə yağı süni kərə yağından hansı xüsusiyyətlərinə görə, fərqlənir?

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, əvvəllər dadına, rənginə görə təbii kərə yağını seçmək daha asan olurdu:

“Amma bu gün işbazlar süni spred, trans yağlarına elə dadlandırıcılar əlavə edirlər ki, həmin yağların rəngi, qoxusu və dadı təbii kərə yağından fərqlənmir.

Təbii kərə yağını bıçaqla kəsdikdə qırıq-qırıq olur. Amma süni yağı bıçaqla kəsdikdə belə olmur”.

Mütəxəssisin sözlərinə görə, yağ alarkən onun qiyməti də önəmlidir:

“Bəzi şəxslər deyirlər ki, süni yağlar da bahalıdır. Bir kiloqram normal kərə yağının əmələ gəlməsi üçün 25 litr süddən istifadə olunur. Bu gün bir kilosu iki-üç manata satılan kərə yağları var. Keyfiyyətli kərə yağıdırsa, kilosu necə 2-3 manata satıla bilər? Ona görə də yağ alarkən onun qiymətinə də diqqət etməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Qarışqalar sidikdə bu xəstəliyi asanlıqla aşkar edirlər

redaktor

Amerikada “fast food” insanların boyunun qısalmasına səbəb olub

redaktor

İdmanla məşğul olanda infarktı yaradan səbəblər

redaktor