10 C
Bakı
27 Mart 2026 14:27
Dünya

Batumi limanında bomba HƏYƏCANI

Batumi limanında bomba HƏYƏCANI

Gürcüstan polisi Batumi limanına səfərbər edilib. Əraziyə giriş və çıxış bağlanıb.

Tacxeber.com-ınməlumatına görə, liman administrasiyasının əməkdaşları Bolqarıstan bayrağı altında üzən gəmidə axtarışlar aparıblar.

“Məlumat yayılıb ki, gəmi terminalı tərk edərsə, mina partlayacaq. Baş verənlərin təfərrüatlarını bilmirəm, biz həmişəki kimi işləyirik”, – liman işçilərindən biri jurnalistlərə bildirib.

Məlumata görə, Liman İdarəsinə gəmiyə partlayıcı qurğu qoyulması ilə bağlı anonim zəng daxil olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Pike indi də komanda yoldaşının bacısı ilə eşq yaşayır – FOTO

admin

İsrail Hələb aeroportuna zərbələr endirdi

redaktor

Ukraynadan Rusiyaya növbəti hücum: Günlərdir yanan neft anbarını yenidən vurdu – VİDEO

redaktor