Hadisə

Sərhəddən yük maşınında təyyarə keçirməyə cəhd etdi…-FOTOLAR

Ukraynanın Odessa vilayətində gömrükçülər bir vətəndaşın Moldovaya keçirmək istədiyi yüngül təyyarəni saxlayıblar.

 

Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, Odessa gömrük idarəsi mətbuat xidmətinin məlumatına görə, Ukrayna vətəndaşı “CESSNA 182R” markalı uçağı Starokazaçye-Tudora keçid məntəqəsindən yük maşınının qoşqusunda Moldovaya aparırmış.

 Gömrük rəsmiləşdirmələri aparılarkən məlum olub ki, təyyarə Ukraynaya  3 ay əvvəl bitmiş müddət ərzində təkrar ixrac öhdəliyi ilə gətirilib. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı müraciət gömrük orqanına daxil olmayıb.

 

Təyyarə müvəqqəti olaraq müsadirə edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Xankəndidə ev istəyən keçmiş məcburi köçkün: ‘Niyə normal evlərdən birini vermirlər?’

admin

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin