23 C
Bakı
24 İyun 2025 10:50
İdman

“Mançester Yunayted” qalmaqallı müsahibə ilə bağlı açıqlama yaydı

“Mançester Yunayted” futbolçusu Kriştiano Ronaldonun qalmaqallı müsahibəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Tacxeber Qol.az- a istinadən xəbər verir ki, klub məsələ ilə əlaqədar müvafiq addımlar atdıqlarını bildirib:

“Mançester Yunayted” rəhbərliyi Ronaldonun müsahibəsinə cavab olaraq bu səhər müvafiq addımlar atıb. Bu proses başa çatana qədər əlavə bi fikir bildirilməyəcək”.

Ronaldo “Talk TV” kanalına müsahibəsində “Mançester Yunayted”in inkişaf etmədiyini deyib. Həmçinin o, ötən ilin yayında kluba transfer olunmazdan əvvəl “Mançester Siti”yə keçməyə yaxın olduğunu qeyd edib. 37 yaşlı hücumçu onu bu fikrindən “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Fergüssonun daşındırdığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Oyundan başqa dolların kursundan, polyak qızlarından danışırdılar” – Səfirdən futbolçularımıza SƏRT SÖZLƏR

redaktor

Ronaldo operatora əsəbiləşdi – VİDEO

redaktor

“Kəpəz” “Turan Tovuz”a böyük hesabla qalib gələ bildi

admin