11 C
Bakı
27 Mart 2026 19:30
Dünya

İsraildən Azərbaycanın səfirlik qərarına reaksiya

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

Tacxeber.com xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, – hökumət başçısı vurğulayıb.

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Tacxeber.com

Oxşar xəbərlər

İranda məktəbli qız baş örtüyünə görə qəddarcasına döyüldü – VİDEO

redaktor

Təbriz ayaqda: 5500 mağaza tətil etdi, etirazlar genişlənir

admin

Ruslara Suma gəlməyə imkan vermirik – Zelenski

redaktor