Dünya

Dünya əhalisinin sayı 8 milyard oldu

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, 15 noyabr tarixinə dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.

UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.

Dünyada əhalinin artım tempi yavaşlasa da, əhali sayının 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.

1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.

Tacxeber.com

Oxşar xəbərlər

Belarus Rusiya ordusuna hərbi texnika verdi

redaktor

Simonyanın evinin qarşısına PUA düşdü

admin

“Rusiyanın Xersondan çəkilməsi tələ və ya manevr yox, ciddi strateji məğlubiyyətdir…”

redaktor