16 C
Bakı
27 Sentyabr 2025 04:56
DünyaGündəm

Ermənilərdən yeni təxribat: Xocavənddə “PUA emalatxanası” açılıb – fransızlar kömək edir

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxt Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb.

Artak Beqlaryan “Qondarma Qarabağ”ın aparat rəhbəri təyin edildi | Mediapress.az

Artak Beqlaryan.

Erməni mətbuatının xəbərinə görə, eyni gündə Xankəndidə “ARMAT” emalatxanalarının sərgisi keçirilib. Xəbərdə 24 “Armat”da artıq 600-ə yaxın tələbənin praktiki-texnoloji təhsil aldığı vurğulanır.

Tacxeber.com

Oxşar xəbərlər

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının ucaldılmasının GÖRÜNTÜSÜ YAYILDI

redaktor

Polşa İspaniyadan Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə etdi

redaktor

“İndi Bakıya getmək arzumdur, xatirələr ürəyimi göynədir” –Kasparov müsahibə verdi, sülh sazişindən danışdı

redaktor