Dünya

İranda neft zavodunda yanğın baş verdi

İranda neft zavodunda yanğın baş verdi

İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Tacxeber.com  ISNA-ya istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.

Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.

Mümkün ölənlər barədə hələlik məlumat verilmir.

Ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var.

Tacxeber.com

Oxşar xəbərlər

Zakir Həsənov Hulusi Akarla görüşdü – FOTO

redaktor

Kanada mətbuatı Makronun Azərbaycana qərəzli münasibətindən yazdı – FOTO

redaktor

Çin və Hindistan Rusiyada neft axtaracaq

admin