13 C
Bakı
24 Mart 2026 18:59
CəmiyyətGündəm

Wolt sürücüləri Rəşad Dağlıya belə dəstək oldular – VİDEO

Bakıda “Wolt” kuryerləri meyxanaçı Rəşad Dağlıya dəstək aksiyası keçiriblər.

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, çatdırılma şirkətinin kuryerləri çantalarının arxasına Rəşadın fotosunu vurublar. Həmin fotoların altında isə meyxanaçının son zamanlar məşhurlaşan narkotacirlərə qarşı, həmçinin həbsxanaya düşmək barədə dediyi misraları yazılıb.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı bir neçə gün əvvəl Qaradağ rayonu Lökbatan qəsəbəsində 43 yaşlı İskəndər Mehtiyevi bıçaqlayaraq öldürüb. Məlumatlara görə, İ. Mehtiyev əvvəllər narkotik satışına görə həbs olunub.

Rəşad Dağlı barəsində isə məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Əhalinin nəzərinə: Telefonla danışmayın

redaktor

Vətəndaşlara yazılan borclar silinə bilərmi? – VİDEO

redaktor

Yeni açılacaq “Xocəsən” metrostansiyasından XƏBƏR VAR

admin