23 C
Bakı
27 Sentyabr 2026 21:49
DünyaGündəmSiyasət

Şoyqu əmr verdi: Rus qoşunları çəkilir

 

Müdafiəni Dnepr çayının sol sahili boyunca təşkil etmək məqsədəuyğundur.

Bunu Rusiyanın Ukraynadakı qoşunlarının komandanı, ordu generalı Sergey Surovikin müdafiə naziri Sergey Şoyquya məruzəsində deyib.

“Dnepr çayının sol sahilində müdafiə qərarı asan deyil, eyni zamanda biz hərbçilərimizin həyatını və qoşunun döyüş qabiliyyətini xilas edəcəyik”, – Surovikin bildirib.

Sergey Şoyqu da Surovkinə qoşunları Dneprin sol sahilə çəkməsinə icazə verib.

“Qoşunların köçürülməsinə başlayın!” – Şoyqu bildirib.

Qeyd edək ki, Şoyqunun ötən gün “xüsusi əməliyyat”ın keçirildiyi əraziyə getdiyi haqda məlumat yayılmışdı. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor

Siyasətdə dava, ticarətdə sülh

redaktor