DünyaHadisəQalmaqal

Qərbi “şeytan” adlandıran rusiyalı deputatın qızı Parisdə nişanlanıb

Rusiyanın Perm şəhər dumasının deputatı Vladimir Plotnikovun qızı Sofya Plotnikova Parisdəki dəbdəbəli nişan mərasimindən görüntülər paylaşıb.

Tacxeber.com “59.ru”ya istinadən xəbər verir ki, fotolarda Eyfel qülləsinin fonunda bəzədilmiş masa, iri gül dəstələri, qızılı rəngli tort və nişan üzüyü görünür.

Sofya oktyabrın 17-də paylaşdığı görüntülərə ingiliscə “Hə dedim!” yazıb. Nişanlısının adını isə açıqlamayıb. Hadisə barədə yerli nəşrin materialı noyabrın 25-də yayımlanıb. 59.ру

Paylaşımlar sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bəzi istifadəçilər üzüyün qiymətini Permdəki xəstəxanaların büdcəsi ilə müqayisə ediblər. Lakin zinət əşyasının həqiqi dəyəri barədə təsdiqlənmiş məlumat yoxdur.

Mövzuya diqqəti artıran isə deputatın əvvəlki açıqlamalarıdır. Vladimir Plotnikov 2023-cü ilin yanvarında gənclərin Avropa və ABŞ həyatına meyil göstərməməli olduğunu deyib, baş verənləri “Tanrı ilə şeytan arasında mübarizə” adlandıraraq “Şeytan Qərbdir” ifadəsini işlədib.

Bununla yanaşı, jurnalistlər onun Fransa, İtaliya, Dubay və Maldiv səfərləri barədə məlumat yayıblar. Əvvəlki əmlak bəyannaməsində deputatın və həyat yoldaşının İspaniyada mənzilə sahib olduğu da göstərilib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kosmosda məlumat mərkəzləri üçün bir milyon peyk: “SpaceX”ə icazə verilib

admin

“Sabah” – “Barselona” oyununda azarkeş vəfat edib

admin

Beyin çipi ilə cihaz idarə etmək: “Neuralink” yeni klinik sınağa icazə alıb

admin