Xaqani Şirvaninin adını daşıyan köhnə “Molokan bağı”-da maraqlı bir heykəllər qrupu var. Bunu “Üz gözəl” adlandırılar. “Üç gözəl” heykəllər qrupunun tarixi barədə demək olaraq ki, məlumat azdır.
Bakıda bununla bağlı söhbət etdiyim yaşlı insanları deyir ki, heykəllər qoyulanda Qafqazda üç milləti, azərbaycanlı, gürcü və erməniləri simvolizə etməsi nəzərdə tutulmuş idi. Bunun üçün heykəllərin formatına baxmaq kifayət edir. Onların bədən quruluşu, baş örtüyü və ibadət forması elə qurulub ki, üç milləti təmsil etməsi bəlli olsun.
Lakin digər yaşlı insanlar deyir ki, o, dövrdə Bakıda şəhər əfsanəsinə görə heykəlləri hazırlayan memar əslində təbiətin üç ünsürünü — günəşi, havanı və suyu simvolizə edir.
Digər iddalara görə inam, ümid və sevgini təcəssüm etdirir
Oxuduğum bəzi qeydlərə görə həm də qadın ömrünün üç mərhələsi — gənc qız, ana və müdrik qadın kimi yozurlar. Hər üç fiqurun başını fərqli istiqamətə tutması keçmişə, bu günə və gələcəyə baxışı simvolizə edir.
Müraciət etdiyim mənbələr yazır ki, heykəl kompozisiyası İkinci Dünya müharibəsindən sonrakı yenidənqurma illərində, 1960-cı illərdə quraşdırılıb. Bakı şəhərində əfsanə kimi xatırlanan Əliş Ləmbəranskinin təşəbbüsü ilə quraşdırılan bu kompozisiyanın orjinallı 1990-cı illərdə yoxa çıxıb və bu gün həmin ərazidə olan heykəllər orjinalı deyil.
Bir vacib faktı da əlavə edim ki, mərhum Əliş müəllim bu heykəlləri Bakıda qoyması üçün çox sərt senzuraları əzərək keçib və buna nail olub. Yoxsa çılpaq və minimalist üslubda işlənmiş bu cürə heykəlləri Bakı kimi şəhərdə qoymaq qeyri mümkün idi.
Müstəqillik illərində bağ yenidən təmir edilərkən sənətkarlar arxiv fotoları əsasında heykəllərin surətini hazırlayıb yerinə qaytarıblar. Orijinal fiqurların taleyi isə bu günə qədər naməlum olaraq qalır. Şəhərin ən məşhur və mərkəzi abidələrindən biri olmasına baxmayaraq, heç bir rəsmi kataloqda və ya arxiv sənədində bu əsərin heykəltəraşının adı qeyd olunmayıb.
Əslində heykəlin “Üç gözəl” adlanması Bakılıarın təşəbbüsü ilə olub, reallıqda heykəlin heç vaxt rəsmi adı olmayıb. Bu ad qədim yunan mifologiyasındakı gözəllik və zəriflik ilahələrinə — Xaritalara bənzədildiyi üçün bakılılar tərəfindən verilib
Maraqlı bir faktlardan biri də budur ki, bu formada heykəllər Osmanlı dövlətində də olub, xalqın bunlara etirazına baxmayaraq Sultan Süleyman I Parqalı İbrahimin Mohaç Meydan Müharibəsinin ardından Budindən gətirdiyi “Üç Gözəl” olaraq qeyd olunan heykəlləri At meydanında yerləşən sarayının bağçasında ucaltmışdır.
Bakının mərkəzində yerləşən sirli və maraqlı heykəllər çoxluq təşkil edir.
