İdman

Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

Yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.

Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Şahrudinin debüt oyununda direktor futbolçunu döymək istədi – FOTO

redaktor

Bu gün “Sabah” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

admin

Neftin pullarını futbol topu kimi ora-bura vuran Rövnəq Abdullayev, indi topu tutmaq üçün Elxanı FİFA-da qapıçı təyin etdirib.

admin