Cəmiyyət

Millətin əfəndisi – məmurun hədəfi

Atatürk deyirdi ki, “köylü (kəndli) millətin əfəndisidir”.

Kənd və kəndli həm də dövlətin və millətin dirənişi və yıxılanda söykənən dirəyidir.
Kənd yalnız kartof istehsal etmir, həm də insan istehsal edir. Şəhər də yalnız kartof yemir, həm də “insan” yeyir.

Kənd insanını taleyin ümidinə buraxıb, kənd təsərrüfatının inkişafından, kənd təsərrüfatı məhsullarının artımından danışmaq axmaqlıqdır.
Düstur sadədir – öncə kənd və kəndli, sonra məhsuldarlıq.

Hər bir kəndli ailəsi bir təsərrüfat deməkdir və çoxuşaqlı olmağı tələb edir.
Hökumət kənd ailələrində azalan uşaq saylarına görə narahat olmalıdır. Ölkədə ilk dəfə 65 yaşlı insanların sayı beşyaşlı uşaqların sayını üstələyib. Hər gün daha da sürətlə boşalan kəndlərimiz, boş qalan yurd yerləri bizi narahat etməlidir. “Niyə Azərbaycan kəndlisi yazda əkinçi, qışda dilənci olmalıdır?* sualına cavab tapılmalıdır.

Kəndlinin həyətindəki toyuğun arxasındakı yumurtanı saymaq bir hökumət üçün ən axırıncı yoldur. Bu qərarı o məmurlar da qəbul edir ki, özlərinin ” toyuqları da qızıl yumurtalayır.” Sayanı yox, hesabatı yox .

 

Şahin Nəcəfov

Tacxeber.com

Oxşar xəbərlər

Başqa qadınla tutduğu ərini 12 bıçaq zərbəsi ilə qətlə yetirən Əfsanə cəzadan azad edildi

admin

Köhnə rəisin yenidən vəzifəyə qayıdışı: “Kabus geri döndü”

admin

Dövlət müəllimə, valideyn isə repetitora pul ödəyirsə, məktəb kimə və nəyə lazımdır?

redaktor