Hadisə

Azərbaycan Tibb Universiteti məlumat yayıb

Ötən gün tələbə yataqxanasında yataqxanada
3-cü kurs tələbəsi Elvira Eyyubovanın meyitinin aşkar edilməsi ilə bağlı, başsağlığı yayımlayıb.

Allah rəhmət eləsin, yaxınlarına səbr, çox heyf. Müəllim, həkim itkisinə qarşı izafi həssasam… Müəllimlər ailəsindənəm və hüquqdan öncə ilk ali təhsilim tibbdir. Ölüm səbəbi nə ola bilərdi?

Əvvəla, gözlənilməz ölüm halnda, prosessual aidiyyəti üzrə araşdırmanı prokurorluq aparar.
Və hər şeyi dəqiqliyi ilə bu orqan aydın edəcək.

Qaldı ki, əvvəllər Tibb Universitetində qızların yataqxanası ayrı idi (Rusiyadakında fərqli), və həm də giriş mühafizəli, indi də yəqin ki elədir. Hansısa kriminala, qəsdlə ölümə güman azdır.

Ola bilsin ki, xəstəlik, ürək çatışmazlığı olsun, mənim əmim oğlu, rəhmətlik gənc həkim, çox yaxınım da ürək problemindən, qəflətən getdi. Ola da bilsin qida zəhərlənməsi ya başqa amil.

Hər halda, məhkəmə-tibbi ekspertiza, kimyəvi, bioloji, histoloji ekspertizalar daha dəqiq deyər.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Meclis.info işi” üzrə hökm çıxarılıb: İmran Əliyevə 10, Elgiz Qəhrəmana 9 il həbs cəzası verilib

admin

Ermənistan – Cənubi Kipr oyununda kiprli azarkeşlər “Kıprız unudulmur, artsax unudulmur” plakatı açıblar

admin

Bakı Yerevandakı Göy məsciddə keçirilən tədbiri “təxribat” adlandırıb

admin