Latviya vətəndaşı, etnik rus Sergey Mulivanov Rusiyanın Ukrayna qarşı başladığı hərbi təcavüzü dəstəkləyib Latviyanı, Qərbi tənqid, təhqir edirdi. O bunu elə Latviyada yaşayanda da edirdi. 2023-cü ildə o Latviyaya acıq edib Rusiyaya köçmüşdü.
Rusiyada deyirdi ki, Latviyada, Avropada insanların haqqı tapdanır, onların fikri, istəyi hakimiyyətlər tərəfindən nəzərə alınmır.
İndi məlum olub ki, Sergeyi Rusiyada 31 oktyabr tarixində zorla müharibəyə göndəriblər.
Adamı birinci iqtisadi cinayətdə ittiham edib sənədlərə qol çəkdiriblər, sonra da deyiblər ki, imza atmısan getməlisən SVO-ya. 59 yaşlı Sergey hazırda döyüş bölgəsindədir və Latviya vətəndaşı olaraq Latviyadan, Avropadan kömək istəyir.
