DünyaSiyasət

Demokratların qələbəsinə sevinməliyikmi?

ABŞ-dakı aralıq seçkilərinin nəticələrinə duyğusal toplumların reaksiyası rasional xalqların münasibətindən kəskin fərqlənir. Rasional düşünənlər hansı partiyanın qalib gəldiyinə deyil, seçilənlərin hər birinin mövqeyinin nədən ibarət olmasını əsas götürlər.

Ukraynanın nüfuzlu təhlilçilərinin diqqəti məhz bu məqama yönəltməsi çox ibarətimizdir. Əlbətdə, Ukrayna təhlilçiləri arasında da “Tramp üçün pis olan Kiyev üçün yaxşıdır” fikirində olanlar da var. Ancaq qənaətimcə, doğru yanşama rasional yanaşmadır.

Sosial şəbəkələrin Azərbaycan seqmentində demokratların qələbəsinin doğurduğu yüksək əhval-ruhiyyə rasional düşüncə ilə ziddiyyət təşkil edir. Azərbaycan işğal altındakı torpaqlarını məhz Donald Trampın birinci prezidentliyi dövründə azad etdi. Tramp İkinci Qarabağ Müharibəsi zamanı bitərəf mövqe tutmaqla əslində Azərbaycanın önünü açmışdı. Digər tərəfdən, Türkiyə F-16-ları Tramp adminstrasiyasının razılığı olmadan Azərbaycana göndərilə bilməzdi.

Amerikan hərbi texnikasına və silahına malik hər bir dövlət onu öz sərhədlərindən kənarda, üçüncü bir ölkə üçün istifadə etmək istəsə hökmən Ağ Evin razılığını almalıdır.
Trampın prezidentliyinin ikinci müddətinin arxada qalan 22 ayı da Azərbaycan üçün faydalı olub. Ermənistanla sülh prosesinin Azərbaycan üçün ən məqbul olan vasitəçinin, ABŞ-ın vasitəçiliyi gerçəkləşməsi strateji əhəmiyyəti olan hadisədir. Azərbaycanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın suverinliyini gücləndirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” ilə bağlı anlaşmalar Trampın ikinci prezidentliyinin Azərbaycana verdiyi faydalardandır. Mümkündür ki, demkratların qələbəsindən sonra vəziyyət Azərbaycanın əleyhinə dəyişə bilər.

Noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratların qələbəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində doğurduğu nikbin əhval-ruhiyyə ilk deyil. Barak Obama, Cozef Bayden də qalib gələndə oxşar vəziyyət müşahidə olunmuşdu. Tarix sübut elədi ki, Barak Obama deyil, Con Makkeyn qalib gəlsəydi, bizim çoğrafiya üçün daha faydalı olardı. Qənaətimcə, demokratların Konqresə sahiblənmələri heç bir zaman Tramp adminstrasiyasının Azərbaycana verdiyi faydanı verməyəcək. Üstəlik, Barak Obamanın demokratlar üzərində güclü təsirini nəzərə alanda Rusiyaya qarşı da ciddi mövqe nümayiş etdirəcəkləri şübhə altındadır.

Ən maraqlısı isə odur ki, demokratların qələbəsi ABŞ-ın özünə zərər verə bilər. Bu zərərlərin nədən ibarət ola biləcəyi isə başqa yazının mövzusudur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Karapetyanın həbsindən sonra müxalifət qüvvələri “Əliyevin konstitusiyası”na qarşı birləşir

admin

Ukrayna Rusiyada daha bir neft emalı zavoduna hücum edib

redaktor

İran Ukrayna şəhərlərini və Polşanın Rzeszov şəhərini mümkün zərbə hədəfləri kimi müəyyən edib

redaktor