Artıq bu saata olan nəticələrə görə Demokratların Konqresin Nümayəndələr Palatasını götürəcəyi dəqiqdir, getdikcə fərq daha da böyüyür.
Senat seçkiləri isə daha dəhşətli gedir.
Respublikaçıların qalası, Elon Maskın seçki kampaniyası üçün şəxsən 200 milyon dollar xərclədiyi Teksas ştatında həm Senat kreslosunu, həm də ştat qubernatorluğunu Demokrat namizədlər qazandı.
Şimali Karolina, Cənubi Karolina kimi Respublikaçı ştatlar da Demokratlara keçib və Ohayo, Kanzas kimi ştatlarda da keçid gözlənilir.
Senatda da Demokratların ən az 51-52 kreslo ilə çoxluğa sahib olacağı dəqiqdir. Amma bu say 55-ə qədər yüksələ bilər.
