DünyaMuharibə

ABŞ dünən İranın Qəşm adasını vurub

Tramp söz vermişdi ki, ABŞ-da Konqres seçkiləri bitənə qədər İrana hücum etməyəcək. Amma deyəsən İran neftinin qoxusu ABŞ ordusunu elə bihuş edib ki, Ali Baş Komandanlarının da sözünü dinləmək istəmirlər.

Məlumata görə, dünən – noyabr ayının 2-də Mərkəzi Komandanlıq İranın Hörmüz boğazındakı Qəşm adasına zərbələr endirib.

“Reuters” agentliyinin ABŞ rəsmilərinə istinadən xəbər verir ki, zərbələr məhdud miqyasda olub və İranın ABŞ hərbi obyektlərinə raket hücumlarına qarşı müdafiə məqsədi daşıyıb.

ABC News-un iddiasına görə, İran dünən Amerika təyyarəsinə hücumu edib. ABŞ da bunun cavabını əks-hücumla verib.

Bir ABŞ rəsmisi vurğulayıb ki, əməliyyat genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına işarə etmir. Kanalın məlumatına görə, oxşar zərbələr son həftələrdə həyata keçirilib, lakin ictimaiyyətə açıqlanmayıb.

İranın İRNA xəbər agentliyi adada bir neçə partlayışın baş verdiyini təsdiqləyib. ABŞ Mərkəzi Komandanlığı hələlik hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Vaşinqton bu gün keçirilən aralıq seçkilərindən sonra Fars körfəzi ölkələrinə İranla “qısa və gərgin” müharibə barədə xəbərdarlıq etmişdi.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İrana nüvə zərbəsi endirə bilərmi? Risklər, ehtimallar və mümkün nəticələr

redaktor

Aqil Abbas, Vahid Əhmədov və Fuad Poladov: sözünün arxasında dayanmağın bədəli

redaktor

Türk Dövlətləri Təşkilatı kimə xidmət edir?

redaktor