Türkiyə ilə Azərbaycan arasında yaranan soyuqluq Rusiyadan gələ biləcək təhlükə ilə bağlıdır.
Rusiya Ukrayna müharibəsini udur.
ABŞ-a bel bağlamaq olmaz.
Türkiyə isə həmişəki kimi Rusiya ilə kəllə-kəlləyə gələ bilməz. Gəlmək istəsə də, bunun nəticəsi yaxşı olmaz.
Bu, Azərbaycanın təhlükəsizliyi baxımından olduqca risklidir. Bunu Ərdoğan da başa düşür.
Tokayevin Rusiyanı TDT-yə dəvət etmək təklifi də bununla bağlıdır. Yəni səni sevirik, Türkiyə, amma Rusiya da yanımızda olsun…
İlham Əliyevin taktikası çox ağıllı və düzgündür. Türkiyə ilə münasibətlər sözdə sərinləşəcək, ancaq ümumən qorunacaq. Ticarət və mədəniyyət əvvəlki templə davam edəcək
Məqamı yetişəndə yenidən “bir millət – iki dövlət” olacağıq…
Türkiyə – İsrail münasibətlərinə, ümumilikdə Türkiyənin İsrail ritorikasına gəldikdə bu Ərdoğan müəllimə daxili auditoriya üçün lazımdır.
Türkiyədə bu “hapı yutaraq” AKP-yə səs verən, onu iqtidarda saxlayan milyonlar var…
Ancaq bu məsələnin bizə xeyri də olacaq. Eyforik münasibətlər müəyyən mənada real münasibətlərə çevriləcək.
Şüar dövrü artıq bitib və iki qardaş arasındakı mövcud narazılıqlara aydınlıq gətirilməlidir.
Əslində realda bu vardı, sadəcə, yüksək səviyyədə etiraf olunmurdu.
Türkiyədəki “kabadayı” qardaşlarımız göylərdə uçmağı dayandırıb, yerə enəcəklər və anlayacaqlar ki, çox şey onların düşündüyü kimi deyil…
