DünyaMuharibəŞikayət

Aşkar və sürətli şəkildə yeni müharibə yaxınlaşır.

İsraildə Netanyahunun devrilməməsi ilə birlikdə belə bir ciddi ehtimal yarandı ki, 3 noyabrda baş tutacaq ABŞ Konqresinə ara seçkilərdən sonra İran müharibəsinin yeni və daha dəhşətli mərhələsi başlanacaq.

Artıq Körfəz ölkələrindən ABŞ diplomatlarının əhəmiyyətli hissəsi çıxarılıb, Teksasda yerləşən hava müdafiə sistemləri İsrailə göndərilib və hər gün müxtəlif hərbi materiallar Yaxın Şərqə köçürülür.

Donald Tramp və JD Vens bu günlərdəki seçki kampaniyası çərçivəsində baş tutacaq mitinqlərini ləğv ediblər.

Ərdoğan son 2 gündə 2 dəfə Trampla danışıb və Məkkə ittifaqının nümayəndələri bir neçə gün əvvəl Tehranda olublar.

Ümumiyyətlə, Məkkə ittifaqının bu günə qədərki fəaliyyətini belə izah etmək olar ki, ABŞ-yə yaxın, amma İsrailin regional hegemonluğundan narazı dövlətlər tək-tək danışmaq yerinə Trampdan birlikdə nəsə xahiş etmək üçün koalisiya yaradıblar.

Həm İrana, həm İsrailə qarşı balans yaratmağa çalışırlar, amma qətiyyən yeni müharibə istəmirlər.

Azərbaycan martdakı müharibədə tərəfsizliyini qorumuşdu, amma indiki regional balansda sanki hələ formallaşmamış “Dubay ittifaqı”nın – İsrailin, BƏƏ-nin və Hindistanın daha çox yanında görünməyə başlayıb. (1 aydır, bitməyən Ankara-Bakı gərginliyinin əsası bu ittifaqlar ola bilər.)

Netanyahu seçki gecəsi qələbəsini açıqlayanda “İran təhdidini birdəfəlik, əbədi olaraq məhv etmək” vədi vermişdi.

Tramp da Konqres seçkilərinin təzyiqindən qurtulandan sonra yəqin ki, daha dəhşətli davrana bilər.

İlkin ehtimallara görə İranın bütün fundamental infrastrukturunu dağıtmağa, bəlkə Hörmüz boğazı ətrafındakı ərazilərə quru qoşun çıxarmaqla məhdud işğala, daha da dəli olsalar, nüvə silahına qədər gedə biləcək bir əməliyyata cəhd edəcəklər.

Növbəti 1 həftə çox gərgin keçəcək.

 

Rüstəm İsmayılbəyli www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çəkişməsən bərkişməzsən, çəkişdik ki, bərkişək

redaktor

Tokayevin təklifi və Putin Turanı dağıdır iddiası

redaktor

10 saylı CÇM-in məhkumları: “Hamam probleminə görə tualetdə çimənlərin sayı çoxalıb, orada da növbədir”

admin