17 C
Bakı
28 Oktyabr 2026 11:22
DünyaSiyasət

Ayzenkot dövrü başlayır? İsraildə siyasi balans dəyişə bilər

Gözlənilir ki, İsrail Müdafiə Ordusunun keçmiş baş qərargah rəisi Qadi Ayzenkot çərşənbə axşamı keçiriləcək seçkilərdən sonra Netanyahunu əvəz edərək baş nazir olacaq.
⠀
Ayzenkot qalib gələrsə, İsrail haqqında mövcud narrativlərin çoxu sürətlə dəyişməli olacaq. Lakin Netanyahunun məğlubiyyəti halında hərbi doktrinada genişmiqyaslı dəyişikliklər və ya İranla gərginliyin azalmasını gözləyənlər çox güman ki, bunu görməyəcəklər.
⠀
Ayzenkot kimdir
⠀
O, Mərakeş əsilli mizraxidir, buna görə də İsrailin əleyhdarları onu “ağ avropalı” adlandıra bilməyəcəklər.
⠀
Qəzzada onun oğlu və iki qardaşı oğlu həlak olub.
⠀
HƏMAS-ın tam tərksilah edilməsi və onun hərbi potensialının məhv edilməsi məsələsində son dərəcə sərt mövqe tutur.
⠀
Əvvəllər iki dövlət həllini dəstəkləyib, lakin bir çox israillilər kimi 7 oktyabrdan sonra mövqeyini dəyişib və indi Fələstin dövlətinin yaradılmasına qarşı çıxır.
⠀
Ultraortodoksların hərbi xidmətə çağırılması məsələsində Netanyahu ilə fikir ayrılığı var: Ayzenkot cəmi 3 faizlik azadolma kvotası ilə çağırışın tərəfdarıdır.
⠀
İordan çayının qərb sahilində köçkünlərin zorakılığına qəti və açıq şəkildə qarşı çıxır.
⠀
İran və Livan
⠀
Netanyahu (və israillilərin əksəriyyəti) kimi o da İranın nüvə potensialının məhv edilməsini zəruri hesab edir, lakin ondan fərqli olaraq SEPAH rejiminin dəyişdirilməsini hərbi strategiya kimi dəstəkləmir.
⠀
Onun Livana dair hərbi siyasəti Netanyahunun siyasətinə çox oxşardır.
⠀
ABŞ
⠀
Netanyahunun Amerikanın təzyiqinə həddindən artıq güzəştə getdiyini hesab edərək ABŞ və İsrail arasında ikipartiyalı münasibətləri bərpa etmək istəyir.

⠀
Elçin Alıoğlu
Tacxeber.com

Oxşar xəbərlər

İsraildə parlament seçkiləri

redaktor

Öz qızlarını ana dilində oxutmayan İran, Azərbaycanın qızlarını nəyə çağırır?

redaktor

Məkkədə ittifaq, Tehranda sövdələşmə: Bəs Azərbaycan?

redaktor