17 C
Bakı
28 Oktyabr 2026 10:59
DünyaSiyasət

İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur

Mövcud koalisiya, yəni Netanyahu hökumətinə daxil olan partiyalar çoxluğu itirir. Şübhəsiz ki, gecənin ən vacib siyasi yekunu budur. Xalq Netanyahunun getməsini istəyir.

Sionist müxalifət səslərini artırsa da, onlar da təkbaşına kabinet formalaşdırmaq üçün lazım olan 61 yer qazana bilmir. (Knesset 120 millət vəkilindən ibarətdir).

Ərəb partiyaları səslərini ciddi artıraraq ümumilikdə 16-18 arası mandat əldə edir. Ərəb seçicilər səsvermədə çox yüksək fəallıq göstərərkən Netanyahunun müttəfiqi olan ultraortodoks elektorat entuziazm nümayiş etdirməyib.

Ortaya çıxan tabloda sionist müxalifət ərəblərin dəstəyi ilə hökumət qura bilər, arifmetika buna tam imkan verir. Yaxın keçmişdə belə bir təcrübə də var – Mansur Abbasın kənardan dəstəyi ilə qurulan Bennet-Lapid azlıq hökuməti. Lakin bu tip konfiqurasiya adətən stabil, iş qabiliyyətli, uzunmüddətli olmur: arifmetik hesabların uyğunluğu siyasi hesabların da üst-üstə düşəcəgi anlamına gəlməz.

Başqa bir nəzəri ehtimal da var – müxalifətin Netanyahu ilə anlaşması və “milli birlik hökuməti” (Netanyahu – Ayzenkot) qurulması. Lakin praktikada bu modeli reallaşdırmaq çox mürəkkəb vəzifədir.

Yeni hökuməti qurmaq mümkün olmasa, nə baş verəcək? Ölkə bir müddət sonra erkən seçkilərə gedəcək və aralıq dövrdə Netanyahu hakimiyyətdə qalmağa davam edəcək. Lakin müxalifət ən azı yeni seçkilərə qədər Knessetdə sədrliyi və daimi komissiyaların rəhbərliyini əldə edib, təşəbbüsü ələ keçirə və Netanyahunu ciddi şəkildə sıxışdıra bilər.

İsrail siyasəti və toplumundakı bölünmə və qütbləşmə ölkədə uzunmüddətli siyasi stabilliyi qeyri-mümkün edir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə parlament seçkiləri

redaktor

Öz qızlarını ana dilində oxutmayan İran, Azərbaycanın qızlarını nəyə çağırır?

redaktor

Məkkədə ittifaq, Tehranda sövdələşmə: Bəs Azərbaycan?

redaktor