Türkiyədə ermənilərin siyasi hakimiyyətə təsir imkanlarını uzun zamandır tədqiq edirəm. Belə bir maraqlı sənəd əlimə keçib. Sən demə bu təsirin səbəbləri hələ Osmanlı dövründən qaraçıların bacardığı cadu, tilsim və digər üsullar imiş.
Sultan II Əbdülhəmidin hakimiyyəti illərində dövlətin daxili təhlükəsizliyinə çox böyük önəm verilirdi. Padşahı və dövləti qorumaq üçün böyük bir xəfiyyə şəbəkəsi qurulmuşdu. Xalq arasından gələn hər hansı bir şübhəli məlumat, şikayət və ya hesabat dərhal qeydə alınır və araşdırılırdı. Bu cür casus hesabatlarına o dövrdə “jurnal” deyirdilər.
Bir gün Qazçı Papas oğlu Yorqi adlı yunanın saraya bir məlumatı daxil olur. Ermənilərə yaxın bir ərazidə yaşayan bu yunanın dediyinə görə İstanbulun Üsküdar ərazisibdə Səlamsız məhəlləsində, yaşayan bəzi ermənilər bir karvansarada toplaşaraq Sultan II Əbdülhəmidə qarşı güclü bir cadu hazırlayırlar. Onların danışdıqlarını saraya pulnan satan yunan bildirib ki, bu ermənilərin məqsədləri cadu vasitəsilə sultanı xəstələndirmək və öldürmək olub.
Bunun üzərinə həmin yerə gedən saray məmurları onları həbs etmiş və bir bir dindirmiş idi.
Təqdim etdiyim sənəd “Zaptiyə Nəzarəti”-nin möhürü olan bu rəsmi dövlət sənədi, polisin apardığı istintaqın yekun hesabatıdır.
O, illərdə bu məsələ ciddi surətdə sarayı narahat edirdi. Çünki bu ilk belə hadisə deyildi.
Məsələn, 1908-ci ilin may ayında Nablus şəhərindən olan Mehmed Hayr adlı bir şəxs və tərəfdarları Sultan II Əbdülhəmidə qarşı “sehrli çevriliş” planlaşdırmışdılar. Onlar sultanın Cümə namaz çıxışı zamanı keçəcəyi yolun və arabasının altına xüsusi sehrli yazılar və “sehrlənmiş torpaq” basdırmağa çalışarkən yaxalanmışdılar.
Osmanlı dövləti o dövrdə bu növ gizli mistik fəaliyyətləri “asayişi pozmaq və dövlət rəhbərinə sui-qəsd” maddəsi ilə araşdırırdı.
Başqa bir fakt 1893-cü ildə Van vilayətində bəzi erməni komitəçilərinin evlərinə basqın edilən zaman silah və siyasi bəyannamələrlə bərabər, üzərində qəribə simvollar və sehrli dualar yazılmış qədim əlyazma kitablar tapılmışdı.
Saray jurnallarında belə bir məlumat da var ki, ermənilər gecə vaxtı bir evə toplaşıb qazanlar qaynadaraq gizli rituallar edirdilər.
Bu sənədə görə ermənilər “günahsız” çıxmış və məlumat verən şəxs ağıldan kəm insan kimi qeydə alınır. Lakin o dövrün digər sənədlərinə görə ölkədə ermənilər ilə münasibətləri “pozmaq” istəməyən rüşvətçi məmurlar tərəfindən məsələ “şayiə” kimi sənədləşdirilir. Çünki Sultan II Əbdülhəmid dövründə dövlət məmurlarının, xüsusən də polis və jandarma təşkilatının maaşları bəzən gecikir və ya az olurdu. Buna görə də rüşvət alaraq ermənlərin azad edilməsi barədə də qeydlər edilir.
Osmanlı arxivlərində rüşvət sayəsində ört-basdır edilən yüzlərlə bu cür cinayətlər barədə kifayət qədər sənədlər var.
Zaman keçir və Osmanlı dövləti süqut edəndən sonra məlum olur ki, bunun cadu olmasını ermənilər özləri qəsdən yayırmış.
Əslində isə onlar partlayıcı hazırlamaq üçün kimyəvi maddələri qarışdırırlar və xaricdən aldıqları gizli siyasi şifrələri oxuyurlar. Nəticədə 1915- ci il hadisələri baş verir və minlərlə türk, kürd və hətta ermənilər belə “cadu” yazan terrorçuların qurbanı olur.
İndiki Türkiyə də o dövrün “cadu”- su təhlükəsi ilə üzləşib. Üzdə dost qardaş və birgə yaşayış siyasəti aparan ermənilər belə davam etsə orda təkrar minlərlə Türkiyə vətəndaşı terror ilə üz üzə qalacaq.

