Əvvəlki yazı
Növbəti yazı
Çador (çadra) İranın tarixi və şiə mədəni mühiti ilə formalaşıb. Niqab və qara əbaya Ərəbistan yarımadasının iqlimi, qəbilə ənənələri və mühafizəkar dini şərhləri ilə bağlıdır. Əfqan burqası puştunların yerli məhrəmlik anlayışının və sonradan sərtləşən siyasi-dini mühitin məhsuludur. İndoneziya və Malayziyada istifadə edilən rəngli jilbab və tudung isə Cənub-Şərqi Asiyanın estetik zövqünü əks etdirir.
Kəlağayı qadının başını və çiyinlərini örtür, üzünü isə açıq saxlayırdı. O, qadını görünməz etmirdi; əksinə, onun milli kimliyini, zövqünü və ictimai mövqeyini göstərirdi. Azərbaycan qadını örtünəndə də öz rəngini, naxışını və estetik dünyasını qoruyurdu. Bu gün isə küçələrimizdə daha çox İran çadoruna, ərəb əbayasına və başqa ölkələrdən gəlmiş hicab formalarına rast gəlirik.
Bəzən bu geyimlər elə təqdim olunur ki, guya İslamın dəyişməz və yeganə forması məhz budur. Halbuki onların hər biri müəyyən xalqın dini şərhlə birləşmiş tarixi geyim modelidir.
