DünyaMuharibəSiyasət

ABŞ İnstitutu: Ukrayna ordusu cəbhədə əhəmiyyətli uğurlar qazanır…

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hazırladığı yeni hesabatda bildirilir ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi komandanlığının Donetsk vilayətindəki istehkam qurşağını geniş şəkildə mühasirəyə almaq planlarını puça çıxarıb.
Moskvanın öz qələbəsini “qaçılmaz” kimi təqdim etməsinə baxmayaraq, Ukrayna ordusunun həm strateji, həm də əməliyyat səviyyəsində ciddi uğurlar nümayiş etdirdiyi vurğulanır.
Hesabata əsasən, Ukrayna hərbçiləri son əməliyyatlar nəticəsində Limanın şimalındakı Rusiya çıxıntısını tamamilə ləğv ediblər. Bu addımla rus qoşunlarının Liman və Dobropolye istiqamətlərindən hücum edərək Donetsk vilayətindəki Ukrayna müdafiə xəttini geniş halqaya almaq planı rəsmən iflasa uğradılıb.
Hərbi analitiklər qeyd edir ki, Ukrayna qoşunları təkcə 2026-cı ilin qış və yaz mövsümündə Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərində 745 kvadratkilometrdən çox ərazini azad ediblər (bu rəqəmə son uğurlar daxil edilməyib).
ISW analitikləri bildirirlər ki, Rusiya qoşunları mövcud irəliləyiş sürəti ilə Donetsk vilayətini 2032-ci ilə qədər ələ keçirə bilməyəcəklər – əgər ümumiyyətlə tutmaq müvəffəq olarsa. Eyni zamanda, Ukrayna ordusunun Rusiya neft emalı zavodlarına, aerodromlarına və digər hərbi obyektlərinə endirdiyi orta və uzaq məsafəli dəqiq zərbələr Rusiya iqtisadiyyatına ağır zərbə vurur və onun hərbi potensialını kəskin şəkildə zəiflədir”.
Məruzədə o da qeyd olunur ki, Kremlin hərbi planları strateji və əməliyyat məqsədlərinə çatmaqdan çox uzaqdır. Rusiyada müqaviləli hərbçi (könüllü) axınının kəskin şəkildə azalması səbəbindən rəsmi şəxslər bu həftə Dövlət Dumasına keçiriləcək seçkilərdən sonra ehtiyatda olanların məcburi səfərbərliyə cəlb edilməsi üçün hüquqi və inzibati zəmin hazırlamağa başlayıblar.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Zelenskini Rusiya dizel mühərriklərinə hücumları dayandırmağa çağırıb

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

“Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb”

redaktor