Mən inanclı adamam və Allahın, Yaradıcının varlığına içimdə zərrə də şübhə yoxdur. Amma niyəsə mənim bu həqiqətim Allahın varlığına inanmayanları narahat edir.
Fikir vermişəm, ölkədə din və Allah haqqında ən çox ateistlər danışır. Çox absurd situasiyadır. İnanmırsan? Lap gözəl. İnanma da.
Axı mənim Allahın varlığına inanmağım səni niyə narahat edir?
Kiminsə namaz qılmağı səni niyə narahat edir?
Sənin belinə çıxıb namaz qılmır ki heç kim?
Onda nə işin var namaz qılan adamla?
Ümumiyyətlə, fikir vermişəm, bizdə adamlar eşitmək istədiyi cavabı almaq üçün sual verirlər.
Məsələn, soruşur, 2+2 neçə eləyir?
Və istəyir ki, cavabın “ARMUD!” olsun.
Sən “2+2” sualına “4” cavabını verəndə əsəbiləşirlər. Çünki onlara görə bu sualın cavabı armuddur. Əgər onun istədiyi cavabı vermirsənsə, deməli, səhvsən.
