25 C
Bakı
30 Avqust 2026 00:59
DünyaMuharibəSiyasət

Ukrayna kəşfiyyatı Rusiyanın ballistik raket istehsalı genişləndirmək planları barədə məlumatlar əldə edib

Zelenski:

Strateji bombardmançı vuruldu, neft nəhəngi dayandı, Qara Dəniz donanması iflic olub

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi kəşfiyyatın (QUR) son hesabatına əsaslanaraq Rusiya ərazisindəki strateji hərbi və iqtisadi obyektlərə endirilən növbəti ağır zərbələr barədə məlumat verib. Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən Yaroslavl Neft Emalı Zavodunu və Saratov vilayətindəki “Engels” hərbi aerodromunu hədəf alıb.

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlı qurumunun “Engels” aerodromunda Rusiyaya məxsus “Tu-95MS” raketdaşıyıcı strateji bombardmançı təyyarəsini sıradan çıxardığını bəyan edib. O vurğulayıb ki, Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirən məhz bu tip təyyarələrdir.

Zelenski bildirib ki, Ukrayna kəşfiyyatı Rusiyanın ballistik raket istehsalı və bu istehsalı genişləndirmək planları barədə yenilənmiş məlumatlar əldə edib:

“Moskvanın bu addımlarının qarşısını alacağıq. Əsas dünya hüququnda müvafiq sanksiya dəstəyinin olması son dərəcə vacibdir. Rusiyanın raket istehsalında istifadə etdiyi bütün komponentlərin, avadanlıqların və dəzgahların tədarükü tam bloklanmalıdır. Xarici komponentlər olmadan ruslar raket proqramının heç bir bəndini reallaşdıra bilməzlər”.

Dövlət başçısı əlavə edib ki, kəşfiyyatın daxili Rusiya sənədlərinə əsaslanan məlumatına görə, təkcə son bir ay ərzində Rusiyanın ayrı-ayrı ixrac tədarükləri 80% azalıb. Bu isə artıq müflisləşmə həddində olan Rusiya federal və regional büdcələri üçün kritik itkidir.

Zelenski Ukrayna dronlarının Rusiya hərbi sənayesinə və neft sektoruna endirdiyi diplomatik və hərbi zərbələrin yüksək effektivliyini vurğulayıb.

QUR-un əlində Rusiyanın Nijnii Novqorod vilayətinin Kstovo şəhərində yerləşən ən böyük neft emalı zavodlarından birinin fəaliyyətini tam dayandırdığına dair təkzibolunmaz sübutlar var. Həmin zavod illik 17 milyon ton neft emal etmək gücünə malik idi. Paralel olaraq, Yaroslavldakı “Slavneft-YANOS” zavoduna da FP-1 dronları ilə effektiv zərbə endirilib.

Ukrayna Prezidenti Rusiya tərəfinin də Qara Dəniz Donanmasının Faktiki olaraq Novorossiysk limanında bloklandığını etiraf etdiyini bildirib:

“Dron zərbələrimiz sayəsində Rusiya gəmiləri dənizdə əməliyyat aparmaq qabiliyyətini itirib. Rusiya rəhbərliyi bu vəziyyətdən çıxış yolu tapa bilmir. Donanma ticarət və ‘kölgə’ donanmasına müşayiət təmin edə bilmədiyi üçün mülki gəmiləri atıcı silahlar, radioelektron mübarizə (REB) vasitələri və hərbçilərlə təchiz etməyi planlaşdırırlar”.

Zelenski bəyan edib ki, Ukrayna Rusiyanın mülki dənizçiliyi bu cür hərbiləşdirmək cəhdlərinə qarşı müvafiq adekvat cavab tədbirləri hazırlayacaq.

 

Elçin Rüstəmli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə: “Peşmərgə”lərin bitirilməsinə qərar verildi

redaktor

30 Avqust Tatarıstanın Dövlət Suverinliyi Günüdür

redaktor

Britaniyanın Ukraynaya “qazı”: Can sizdən, pul bizdən

redaktor